sevgili

Evli kişiyə aşiq olmuşam, özümdən yaşca kiçik... - Tanınmış müğənnidən ŞOK ETİRAF

Müğənni Mənzurə Musayeva şəxsi həyatı barədə maraqlı açıqlamalar verib.

Qlobal.net xəbər verir ki, yaşadığı eşqlərini yadına salan ifaçı 3 dəfə bu hissi daddığını etiraf edib. 

Sənətçinin həmin şəxslərdən birinin evli kişi olduğunu deməsi isə müzakirələrə yol açıb. 

Mənzurə Musayeva ərə gedir?

"Sevgi azaddır. İlk dəfə ailə quranda sevdim. Sonra sevdim alınmadı. Sanki sevməyi başa düşmədim. Fırıldaq adamlar çoxdur. Sevmək istəyəndə görmüşəm ki, uyğun deyil, geri çəkilmişəm. Özümdən yaşca kiçik olanı əsla sevmərəm. Mənə çox təkliflər olub. Mənasız olduğunu görüb, baş qoşmamışam. Evli kişiyə səhv edərək, aşiq olmuşam. Hər zaman münasibəti bitirən tərəf özüm olmuşam".

17.04.2025 21:35
show 61