Lottie Rae adlı 32 yaşlı qadın 2017-ci ildən bəri çılpaq şəkildə təmizlik işləri ilə məşğul olur. Müştərilərindən bəzilərinin ondan başqa şeylər istədiklərini, lakin öz məhdudiyyətlərini pozmadığını söyləyən gənc qadın: “Kifayət qədər maaş alsam, bunu etməzdim" deyir.
Qlobal.net bildirir ki, 2017-ci ildən daha çox pul qazanmaq üçün çılpaq təmizlik etməyə başladığını deyən gənc qadın İngiltərə mətbuatının gündəminə çevrilib.
O, hazırda evləri təmizləyərkən saatda təxminən 115 azn qazanır.
Məşhur “Daily Star” qəzetinə bu vəziyyətin onu necə hiss etdirdiyini danışan Rae, bəzən müştərilərinin də çılpaq şəkildə prosesə qatıldığını bildirir.
6 ildir bu işlə məşğul olduğunu deyən 32 yaşlı qadın bəzilərinin həqiqətən təbiətşünas olduğunu, bəzilərinin isə “başqa bir şey olacaq” ümidi ilə bunu etdiyini vurğulayır.
Özünü azad ruhlu bir fərd olaraq təyin edən Rae, bu işi görməklə bədəninə daha çox güvəndiyini və işinin onu ciddi şəkildə gücləndirdiyini bildirir.
“Qəribə olan bəzi insanlar olur və ya başqa şeylər tələb edə biləcəklərini düşünənlər”.
"Mən çox açıq şəkildə bildirirəm ki, mən evə yalnız təmizləmək
üçün gəlmişəm, amma mənə deyirlər ki, bəzi təmizləyicilər striptiz və ya
masaj edir."
“Pul mənə mütləq şəkildə kömək edir. Əgər kifayət qədər maaş alsaydım, bəlkə də bunu etməzdim”.
2017-ci ildə borclu olduğunu və paltarlarını ikinci əl mağazalarda
satmağa başladığını dilə gətirən Rae elə həmin ilin oktyabrında ilk
işini görüb.
O, sosial media hesabında hazırkı işlərini ətraflı şəkildə paylaşır.
Rae deyir ki, onun müştəriləri adətən "fərqli şeylər yaşamaq" istəyən yaşlı kişilərdir.
O, həmçinin müştərilərinin ümumiyyətlə mehriban olduqlarını və öz sərhədlərini pozmadıqlarını, lakin bəzilərinin hər şeyi başqa səviyyəyə aparmağa çalışdıqlarını vurğulayır. (sfera.az)