"Sevgi iki sağlam insan arasında yaranan ülvi hislərdir. Burada bir-birinin dəyərlər sisteminə qarşılıqlı hörmət, bir-birini olduğu kimi qəbul edib onun ailəsinə, işinə, zövqlərinə və s. sayqı, bir-birinə əlindən gələn qədər maddi, mənəvi, sağlıq, məişət və s. məsələlərdə dəstək və kömək deməkdir. Sevgi həm də məişətini bir yerdə bölüşüb hər halını onunla bir yerdə gözəl yaşamağa deyilir”.
Bu sözləri Yenisabah.az-a sosial psixoloq, ailə məsləhətçisi İlhamə Mustafayeva deyib.Psixologiyada bu cür sevgi toksik münasibətlər adlanır, bu bir-birini zəhərləyən, xəstələndirən münasibətdir. Çox zaman sevgi adlandırdığımız şey asılılqdan başqa bir şey olmur, siqaret, içki və s. asılılıqlar kimi”.
O, qeyd edib ki, kimisə sevmək, həqiqətən xoşbəxt olmaq üçün əvvəlcə bütün psixoloji problemlərdən azad olmaq mütləqdir: “Normal, psixoloji sağlam olan insan aşırı qısqanılmaqdan, təhqir, tənqid, aşağılanma və istənilən növ şiddətdən qaçar, lakin psixoloji asılılığı olan insan buna dözər və özünə bəraət qazandırmaq üçün əzab aldığı münasibəti mənəviləşdirər, ailə, sevgi müqəddəsdir, qorumaq lazımdır və s. kimi qorunması lazım olmayan dəyərləri qoruyub xəstə düşər və gənc nəslə də bu xəstəliyi təbliğ edər, hər kəs özünü dəyərli hiss etmək istəyir, mən gücsüzəm, asılıyam deyə dözdüm deməz, sənin üçün qorudum deyər, sənə minnət verib, özünü dəyərli hiss etmək istəyər.
Sevgi həyat, motivasiya verməli, sənin həyat enerjini artırmalı, səni gözəlləşdirməli, səni yaradıcılığa sövq etdirməlidir, bir sözlə, sevgi səni aşağı çəkməməlidir, səni məhdudlaşdırmamalıdır, səni xəstələndirməməlidir, əksinə, səni fiziki, mənəvi, sosial və s. tərəflərdən daha da gücləndirməlidir, bütün bunların əksi sevgi adlandırdığımız psixoloji pozuntulardır, kiminsə asılılıqları, kiminsə paranoyalarıdır, kiminsə nevrozlarıdır. Təəssüf olsun ki, bizdə belə bir deyim var: sevsə, evlənsə düzələcək.
Xeyr, düzəlməyəcək, əksinə, kimisə bədbəxt edəcək, boşanmaların, bədbəxt ailələrin, travmalı insanların sayın artıracaq. Buna görə də əgər sevmək istəyirsənsə, xoşbəxt olmaq istəyirsənsə, birinci psixoloji problem və pozuntularını sağaltmalısan”.