Rəsm dəftəri, xatirə dəftəri, indi isə cehiz dəftəri. Bəli, düz oxudunuz. Azərbaycanda cehiz dəftəri satışa çıxarılıb.
Qlobal.net xəbər verir ki, sosial şəbəkələrdə “Cehiz dəftəri” adlı məhsul satışa çıxarılıb. Sözügedən dəftərdə cehizlik üçün lazım olan əşyalar sadalanıb və qarşısına xana qoyulub. Cehiz üçün lazımi əşyalar tamamlandıqca xanalar işarələnir və beləliklə, bütün cehizlik malların siyahısı tamamlanır. Dəftər 75 səhifədən ibarətdir, toy hazırlığına dair hər bir məlumat qeyd olunub.
Dəftərin önündə yazılan başlıq da maraqlıdır: “Deyirlər ki, toy olacaq”.
Qeyd edək ki, həmin qeyd dəftəri sosial şəbəkə istifadəçiləri tərəfindən böyük maraqla qarşılanıb. (yenisabah.az)