65375755b09dc202310233413
Evini Nanəyə vəsiyyət etmişdi

Bu gün görkəmli xanəndə, Əməkdar artist Süleyman Abdullayevin (Dədə Süleyman) anım günüdür. 

Qlobal.net yenisabah.az-a istinadən xəbər verir ki, Süleyman Abdullayev 1939-cu il fevral ayının 14-də Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub. 

1959-cu ildə istedadlı musiqiçilər sorağıyla Füzuli rayonuna gələn böyük xanəndə Seyid Şuşinski Süleyman Abdullayevin səsini yüksək qiymətləndirib və o, peşəkar təhsil almaq üçün Bakıya dəvət edilib. 

1964-cü ildən Süleyman Abdullayev Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyətə başlayıb, xalq çalğı alətləri ansamblları ilə çalışıb. 

Seyid Şuşinskinin ənənələrini yaşadan xanəndə, eyni zamanda, özünəməxsus ifaçılıq üslubu, oxuma tərzi, bir çox muğamların yadda qalan təfsiri ilə tanınırdı. 

Öz sənəti ilə böyük bir elin müdrik ağsaqqalı kimi sevilən xanəndə xalq tərəfindən "Dədə Süleyman" deyə çağırılıb. 

Sənətçi 23 oktyabr 2022-ci ildə  83 yaşında şəkər xəstəliyindən vəfat edib. 

Dədə Süleymanın ölümündən sonra qızı Aygün Abdullayeva atasının vəsiyyətini açıqlamışdı. Belə ki, xanəndə ölümündən öncə Füzuli rayonunun Qoçəhmədli kəndindəki ata-baba evini tanınmış aparıcı Nanə Ağamalıyevaya vəsiyyət etmişdi. 

Ölümündən sonra sənətkarın övladları tez-tez mal-mülk iddiası ilə gündəmə gəlib. Hətta xanəndənin illər boyu hər kəsdən gizlətdiyi ilk evliliyindən olan oğlu da üzə çıxıb. Atalarının vəfatından sonra bacı və qardaşlar arasında qalmaqal yaşanıb, onlar məhkəməlik olub. 

24.10.2023 09:32
show 442