Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, mülayim və soyuq iqlimlərdə
otaq temperaturu 18 dərəcə olmalıdır və bu halda insanları soyuğun mənfi təsirlərindən
qorumaq olar.
Qlobal.net bildirir ki, soyuq, rütubətli və ya küləkli bir mühitdə olmaq astma, ürək xəstəliyi
riski, narahatlıq pozuqluğu və depressiya kimi fiziki və ruhi sağlamlıq
problemlərinə səbəb ola bilər.
Bədən özünü soyutmağa çalışdıqca ürək və böyrəklərə təzyiq artaraq istilik
və günvurma kimi problemlərə səbəb olur.
Həddindən artıq istiləşmə təkcə sağlamlıq problemlərinə səbəb olmur, həm də
psixi sağlamlığa mənfi təsir göstərə bilər. Bəzi araşdırmalara görə, həddindən
artıq temperatur və intihar riskinin artması arasında əlaqə var.
Bədən istiliyini tənzimləməkdə çətinlik çəkən körpələr, kiçik uşaqlar və
yaşlılar temperatur fərqlərindən xüsusilə təsirlənənlər arasındadır.
Körpələr üçün otaqdakı orta temperatur normadan bir qədər yuxarı, təxminən
16-20 dərəcə olmalıdır.
Körpələr həddindən artıq istidə qalırsa, ani körpə ölümü sindromu riski
var. Ona görə də otaq temperaturunu yoxlamaq, körpənin boyun və döş qəfəsinin tərləyib-tilmədiyini
yoxlamaq məsləhətdir. Yenidoğulmuşlarda və gənc uşaqlarda bədən hərarəti yaşlı
uşaqlar və böyüklərdən daha yüksəkdir.
Diabet səbəbiylə qan dövranı ilə bədənin istiləşməsi ilə bağlı problemlər
yarana bilər. Belə hallarda 18 dərəcə kimi nisbətən sərin bir evdə qalmaq belə
hipotermiyaya səbəb ola bilər. 70-95 yaş arası qadınların 15 və 25 dərəcə
istilikdə fiziki göstəricilərinin araşdırıldığı araşdırmaya görə, soyuqda 45 dəqiqə
qalmaq yaşlı qadınların fiziki qabiliyyətlərinə mənfi təsir göstərir.
Yuxuya getdikdən sonra otaq temperaturunun 16 ilə 18 dərəcə arasında
olmasına üstünlük verilir. Çox isti otaqda yatmaq bütün gecə oyanmağa və yaxşı
istirahət edə bilməməyə səbəb ola bilər.
Səbinə
Qlobal.net