bilal

"Evimə bir kisə pulla qayıtmışam, pulu sayanda evdə 15 adam var idi" - Əməkdar artist

Bilal Əliyev toydan aldığı ən yüksək qonorardan danışıb.

Qlobal.net xəbər verir ki, xalq artisti bu barədə  "İncə səhər" verilişində məlumat verib.

O, bildirib ki, illər əvvəl Almaniyada iştirak etdiyi məclisdən 45 min dollar ödəniş alıb: "Qapımda səhərə kimi 60-70 avtomobil gözləyirdi ki, mən toydan gələndə onlar öz toylarını mənə yazdırsınlar. Almaniyada olanda bir toyda iştirak etdim. O məclisdə çıxışıma görə mənə 40-45 min dollar pul verdilər. Azərbaycanda gözəl bir toyda iştirak etmişəm və evimə bir kisə pul aparmışam. Bəli, belə vaxtlarım olub. Təxminən o kisədəki pulu sayanda evdə 15 adam var idi. Tapşırdım ki, kim on "paçka" pul düzəltsə, ona bir "paçka" pul verəcəyəm. O pula çox şey aldım, kasıba əl tutdum. 100 min yox, orada milyondan söhbət gedir".

09.12.2024 14:07
show 1637