Cəmiyyət

Əvəllər saç ustası işləyən həkim xəstəsinin çılpaq görüntüsünü yaydı – VİDEO

Əvvəllər saç ustası olan həkim pasiyentin görüntülərini paylaşıb

Qlobal.net xəbər verir ki, sosial şəbəkələrdə əməliyyat proseduru ilə bağlı daha görüntülər yayılıb.

Abdullayeva Gülbədə Əlqismət qızı rəqs etdikdən sonra pasiyent üzərində müəyyən tibbi prosedurlar həyata keçirib.

Həkimin əməliyyat zamanı tibbi maskadan istifadə etməməsi, steril əlcək ilə oynaması və pasiyentin çılpaq görüntülərini (Sizin.xeber tərəfindən gizlədilib) paylaşması diqqət çəkib. Görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən narazılıqla qarşılanıb.

Görüntüləri paylaşan jurnalist Pərvin Abışovanın sözlərinə görə, sözügedən həkim əvvəl saç ustası olub və indi isə “Dost” Estetik Mərkəzində həkim kimi fəaliyyət göstərir.

Gülbadə Abdullayevanın iş yeri kimi qeyd etdiyi “Dost Estetik Mərkəzi”nin gələcək mətbuat katibi kimi təqdim edən Fatimə Əliyeva Oxu.Az-a məsələ ilə bağlı açıqlama verib:

“Dost Estetik Mərkəzi” hələ fəaliyyətə başlamayıb. Mən isə rəsmi təsdiqlənəndən sonra İctimaiyyətlə əlaqələr şöbəsində çalışacağam. Gülbadə xanım həm də mənim çox yaxın rəfiqəmdir. Həmin videoda kollektiv uğurlu tibbi əməliyyatı sevinərək qeyd edir. O proses “Uğur Estetik Mərkəzi”ndə olub. Həmin video Gülbadə həkim işdən çıxdıqdan sonra onu cəmiyyətin gözündən salmaq üçün qurulan oyundur. Gülbadə həkim oradakı saxtalıqlara görə işindən çıxıb. Gülbadə həkim “Uğur Estetik Mərkəzi”ndə bəzi şəxsləri işindən azad etdirdiyinə görə onlar belə qisas alırlar.

Onun əvvəllər saç ustası olması iddiasına gəlincə, Gülbadə həkim Türkiyədə təhsil alıb. Səhiyyə Nazirliyi araşdırıb, diplomu və fəaliyyəti ilə tanış ola bilər”.

Qeyd edək ki, sosial şəbəkədə “Dost Estetik Mərkəzi”nin 12 min izləyicisi olan səhifəsi və bir neçə tibbi prosedurun videogörüntüsü var.

Fatimə Əliyeva qeyd edib ki, həmin səhifəni də videonu yayan şəxslər açıblar, həmin videolar “Uğur Estetik Mərkəzi”ndə icra olunub.

Bildirilib ki, sözügedən səhifədəki videolarda, sadəcə, tibbi prosedurların qiyməti var, təhdid xarakterli görüntülərə rast gəlibməyib.

***

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən vətəndaşların həyat və sağlamlığına real təhlükə yarada biləcək hallarla bağlı daxil olan müraciətlər əsasında araşdırmalar aparılır və qanunvericiliyə uyğun olaraq plandankənar yoxlamalar həyata keçirilir.

Qlobal.net xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, sosial şəbəkələrdə yayılan videogörüntülərdə adı hallanan Abdullayeva Gülbədə Əlqismət qızının adı Səhiyyə Nazirliyinin Tibb işçilərinin vahid reyestrində mövcud deyil və tibbi fəaliyyətlə məşğul olmaq səlahiyyəti yoxdur.

Daxil olan sorğularda əməliyyatın “Dost Estetik Mərkəzi”ndə keçirildiyi bildirilir. Digər müraciətdə isə həmin şəxsin “UĞUR Estetik Mərkəzi 777” adlı müəssisədə çalışdığı qeyd olunur. Hər iki müəssisə tibb müəssisəsi deyil və müvafiq tibbi fəaliyyət göstərmək üçün lisenziyaları yoxdur.

“Dost Estetik Mərkəzi”nin adı Analitik Ekspertiza Mərkəzinin özəl tibb müəssisələrinin bazasında, eləcə də Dövlət Vergi Xidmətinin Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat bazasında mövcud deyil.

Araşdırma zamanı müəyyən edilib ki, sahibkar Xəyalə Aydın qızı İsmayılovaya məxsus “UĞUR Estetik Mərkəzi 777” lisenziya olmadan tibbi fəaliyyət göstərir. Yoxlama zamanı kosmetoloji xidmətlər göstərilən, tibbi avadanlıqlarla təchiz edilmiş otaqlarda pasiyent qəbulu və prosedurların icrası faktları aşkarlanmışdır. “UĞUR Estetik Mərkəzi 777” ilə bağlı AEM tərəfindən 2023-2025-ci illər ərzində dəfələrlə plandankənar yoxlamalar aparılmış, aşkar edilən pozuntularla bağlı ümumilikdə 5 inzibati protokol tərtib edilərək Azərbaycan Respublikasının “İnzibati Xətalar Məcəlləsi”nin 210.1-ci maddəsi üzrə cərimə olunması barədə qərar qəbul olunmuşdur.

Göstərilənlərlə yanaşı, müəssisə lisenziya olmadan fəaliyyətini davam etdirdiyindən, Səhiyyə Nazirliyi tərəfindən hüquq-mühafizə orqanları qarşısında vəsatət qaldırılaraq Xəyalə Aydın qızı İsmayılovaya məxsus “UĞUR Estetik Mərkəzi 777” müəssisəsinin qanunsuz fəaliyyətinin araşdırılması ilə bağlı müraciət edilib.

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от Maraqlı Xəbərlər (@sizin.xeber)

Related Articles

Bir cavab yazın

Back to top button