636fe2e783995202211221607
Evdən qəribə səslər eşidən adam divardan çıxanları görüncə ŞOK YAŞADI - FOTO

İngiltərənin Kamborn qəsəbəsində yaşayan adam evində bölgənin yerli tarixi ilə bağlı vacib məlumatların saxlanıldığı bir kassa tapıb.

Qlobal.net xəbər verir ki, bir neçə il əvvəl aldığı evdə hər gün qəribə hadisələr yaşayan adam, evdə qeyri-adi şeylər olduğunu söyləyərək "Axtardığım şeyi tapmaq üçün 1 həftəmi divarları dağıtmaqla keçirdim" deyib.

Təxminən 4 ay əvvəl evdəki işıqların tez-tez yanıb-söndüyünü söyləyən adam hər gecə eyni saatda səs eşidərək yuxudan oyandığını deyib. Bir gün evin divarda qəribəlik olduğunu hiss edən adam divarı uçurmağa qərar verdiyini və divarın içindəki kassanı tapdığını söyləyib.

12.11.2022 22:13
show 15160