xəstəxana

Evdən 4 nəfərin meyiti tapıldı: Ölənlərdən ikisi tələbə və müəllim olub - FOTO

Göygöldə dəm qazından zəhərlənərək ölənlərdən biri müəllim, biri isə tələbə imiş.

Qlobal.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, vəfat edən qadınlardan biri orta məktəbdə müəllim işləyirdi.

25 yaşlı Münəvvər Hüseynova Şəmkir rayonunun Səməd Vurğun adına qəsəbə tam orta ümumtəhsil məktəbində Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə dərs deyirmiş.

Dünyasını dəyişən şəxslərdən biri isə tələbə idi. Xatirə Hüseynova Gəncə Dövlət Universitetinin 4-cü kurs tələbəsidir.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb.

05.03.2025 21:57
show 454