Xəbər verdiyimiz kimi, ötən gün Gəncə şəhərində 1989-cu il təvəllüdlü müğənni Turxan Əliyev və 2000-ci il təvəllüdlü rəqqasə Aytən Abdullayeva dəm qazından boğularaq ölüblər.
"Unikal"ın əldə etdiyi məlumata görə, Turxan Əliyev ailəli olub. Onun 1 övladı var.
Rəqqasə Aytən Abdullayevanın isə Türkiyə vətəndaşı ilə qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı bildirilir.
Qeyd edək ki, T.Əliyev və A.Abdullayevanın cansız bədənləri kirayə yaşadıqları evdə tapılıb.