Türkiyəli məşhur müğənni Gülşen uzun illər sonra bir proqramda qonaq olub.
Qlobal.net xəbər verir ki, “İbrahim Selim ile bu gece” yutub kanalına qonaq olan sənətçi maraqlı açıqlamalar verib.
O, evini özünün təmizlədiyini bildirib:
“Evi özüm təmizləyirəm. Heç vaxt təmizlik üçün köməkçim olmayıb. Bu, anamdan mənə keçən xüsusiyyətdir. Onun üçün təmizlik həmişə önəmli idi, mənə də bunu çox yaxşı öyrətdi. Ona görə başqasının təmizlik işini bəyənə bilmirəm. Evi özüm silirəm, hətta ən önəmli konsertlərimin olduğu günlərdə də evi silməmiş çıxmıram. Yerdə sürünməkdən dizlərim gömgöy olub. Buna inanmaya bilərsiniz, amma doğrudan da belədir. Buyurub gəlib baxa bilərsiniz”.
Qeyd edək ki, aranjımançı Ozan Çolakoğlu ilə evli olan ifaçının Azur adlı bir oğlu var. (qafqazinfo)