“Eurovision”da finala çıxan ölkələr - SİYAHI
"Eurovison-2023” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib.
Qlobal.net xəbər verir ki, Ukrayna adından Liverpulda baş tutan
yarışmada Danimarka, Avstraliya, Kipr, Albaniya, Avstriya, Gürcüstan,
Ermənistan, Belçika, Yunanıstan, İslandiya, Litva, Rumıniya, San-Marino,
Sloveniya və Estoniya finala keçmək uğrunda mübarizə aparıblar.
Sonda səsvermə nəticəsində 10 ölkə - Albaniya, Kipr, Estoniya,
Belçika, Avstriya, Litva, Polşa, Avstraliya, Ermənistan, Sloveniya
finala vəsiqə qazanıb.
Birinci yarımfinaldan finala vəsiqə qazanan ölkələr isə Xorvatiya,
Moldova, İsveçrə, Finlandiya, Çexiya, İsrail, Portuqaliya, İsveç,
Serbiya, Norveç olub.
Qeyd edək ki, yarışmada Azərbaycanı Tural və Turan Bağmanov
qardaşları təmsil edirdi. Onlar "Tell me more” mahnısı ilə birinci
yarımfinalda 12-ci nömrə altında səhnəyə çıxıb. Əkizlərə finala vəsiqə
qazana bilməyib.