Etmədiyi cinayətdə günahlandırılan, ən ağır cəza verilən adamın faciəsi

Cəmi 14 yaşı var idi. Etmədiyi cinayətə görə elektrik stuluna bağlanaraq edam edilmişdi. Hökm, edamdan 70 il sonra, 2014-cü ildə ləğv edildi.
1944-cü il. Cənubi Karolinanın Alkolu şəhəri.
Şəhər dəmir yolu ilə iki hissəyə bölünmüşdü – bir hissəsi ağlar, digər hissəsi isə qaralar üçün.
Qlobal.net xatırladır ki, martın 23-ü iki ağ dərili qız 11 yaşlı Betti Binniker və 8 yaşlı Meri Temz gül yığmaq üçün velosipednən şəhərin “qara” hissəsinə keçdilər. Məlum olmuşdu ki, onlar 14 yaşlı Corc Stinni ilə onun evi qarşısında biraz söhbət ediblər. Bir neçə gün sonra isə qızların cəsədləri çirkli su ilə doldurulmuş bir xəndəkdə tapıldı.
Corc Stinni həbs olundu. Onun həbsindən sonra atasını işdən qovdular, ailəsinə isə şəhəri tərk etməyi təklif etdilər. 14 yaşlı uşağı 81 günlük həbs və məhkəmə prosesi zamanı dəstəksiz qoyaraq ailə qaçmağa məcbur oldu.
Stinninin məhkəməsi yalnız bir gün davam etdi. Məhkəmə tərəfindən təyin olunmuş vəkil dövlət xidmətinə girmək üzrə olan bir vergi komissarı idi.
Məhkəmə qarşısına üç polis zabiti çağırılmışdı, onlar Stinninin cinayəti onlara etiraf etdiyini iddia etdilər. Müdafiə tərəfdən şahid heç çağırılmamışdı. Məhkəmə prosesi iki saat yarım davam etdi. Münsiflər heyəti (hamısı ağ amerikalı idi) Stinninin günahkar olduğu barədə hökmü vermək üçün cəmi 10 dəqiqə müzakirə apardılar.
Həmin il iyunun 16-sı səhər 7:30-da Corc Stinni elektrik stuluna bağlanaraq edam edildi. Stinninin boyu çox balaca olduğu üçün, stula oturmaq üçün altına Bibliyanı qoymalı oldu.
2013-cü ildə Corc ilə eyni kamerada qalan məhbus oğlanın cinayəti törətmədiyini mətbuata açıqladı. Onun sözlərinə görə uşaq hər gün danışırdı, ki günahsızdır və cinayəti üzərinə götürməyə onu məcbur edirdilər.
Həmin ildə Stinni ailəsinin vəkili yenidən məhkəmə araşdırması üçün vəsatət qaldırdı. Məhkəmə qarşısında Corcun bacıları və qardaşları sorğuya çəkildi və cinayət günü Corcun evdə onlarla olduğunu söylədilər.
Yeni bir məhkəməyə başlamaq əvəzinə, 17 dekabr 2014-cü il tarixində, məhkəmə hakimi Karmen Mallen prosedur pozuntuları səbəbi ilə Stinninin cəzasını ləğv etdi.
Corc Stinni XX əsrdə ABŞ-da edam edilən ən gənc adam sayılır.
Bu hadisə çox insanın beynində, ürəyində iz qoydu.
Məhz Stinninin hekayəsi bir çox incəsənət adamına ilham verib:
Stiven Kinqin əfsanəvi “Yaşıl Mil” romanı, daha sonra isə kinosu çəkildi.
Edqar Allan Po mükafatına layiq görülən “Karolina skeletləri” kitabı, sonra isə kinosu çəkilib.