66ebba9824bf8202409244600

Etibarnaməsiz maşın sürməyin cəriməsi nə qədərdir?

Nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi məsuliyyət yaradır.

Qlobal.net bildirir ki, bu hallarda 40 manat cərimə tətbiq edilir. Bu cərimə, yalnız nəqliyyat vasitəsinin sahibinin avtomobildə olmadığı hallarda qüvvədədir. Qaydalara əsasən, əgər nəqliyyat vasitəsini idarə edən şəxs avtomobilin hüquqi sahibindən etibarnamə almadan nəqliyyat vasitəsini sürərsə, qanun pozuntusu sayılaraq 40 manat məbləğində cərimə olunur.

Bu, sürücülər arasında nizam-intizamın artırılması və nəqliyyat vasitələrinin qeyri-qanuni istifadəsinin qarşısını almaq məqsədi daşıyır. Bu qaydanın pozulması hallarında yol polisi cərimə tətbiq edəcək.

19.09.2024 09:45
show 455