65b334554080b202401242557
Etibarnamə ilə avtomobil alanlara XƏBƏRDARLIQ - VİDEO

Etibarnamə ilə avtomobil aldı, başına iş gəldi. Avtomobili sürə bilməmiş nəqliyyat vasitəsinin üzərinə həbs qoyuldu.

Ağcabədi sakini Allahverən Hacıyev iki il öncə paytaxtdakı avtomobil bazarından etibarnamə ilə maşın alıb. 10 aydan sonra ona polis bölməsindən zəng edilib və maşının üzərinə həbs qoyulduğu bildirilib.

Allahverən Hacıyev baş verənlərdən sonra maşının əvvəlki sahibini axtarmağa başlayıb. Həmin şəxs də iddia edib ki, onun avtomobilin ilk sahibinə heç bir borcu olmayıb. Sadəcə olaraq avtomobilin sahibi olan həmin xanım vəziyyətdən sui-istifadə edir.

Məsələ ilə bağlı hüquqşünas Babək Həmidov bildirib ki, ilk öncə hər bir vətəndaş qanunvericiliyin tələbinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlamalıdır.

Hüquqşünas həmçinin əlavə edib ki, bu vəziyyətdə şikayətçi avtomobili aldığına dair sübutları varsa, bu zaman məhkəmədə öz haqqını tələb edə bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


26.01.2024 08:24
show 3289