Hazırkı dövrdə bir çox qadın xəyalındakı gözəlliyə qovuşmaq üçün plastik əməliyyatlar etdrir. Real həyatda plastik əməliyyatlara tələbat dayanmadan artsa da, artıq film və serial sektorunda buna ehtiyac yoxdur. Belə ki, rejissorlar lentə aldıqları ekran işlərində estetik deyil də, təbii gözəl olan aktrisalara üstünlük verirlər. Bu dəfə plastik əməliyyatlardan imtina edən türkiyəli məşhurları araşdırdıq.
Qlobal.net baku.ws-ə istinadən həmin məşhurların siyahsını təqdim edir:
Aktrisa Hazar Ergüçlü
Son zamanlar "İnci Taneleri" serialındakı "Dilber" rolu ilə dillərdən düşməyən aktrisa bu rola heç bir estetiki olmadığı üçün dəvət edilib. Yılmaz Erdoğan bu obrazı yaradarkn birbaşa Hazar Ergüçlünü düşünüb. Ağlına ikinci bir aktrisa gəlməyib. Hazar bu günə qədər botoks belə etdirməyib. Üzündəki təbiiliyi ilə rejissor və ssenari müəlliflərinin diqqətini çəkən aktrisa estetik proseduralara qarşıdır.
Aktrisa Cansu Dere
Cansu Dere serial çəkilişlərdində olarkən botoks belə etdirmir. Artıq serial mövsümə çıxanda "Hollywood botoksu" yaxud da "Vitamin iynəsi" vurdurur.
Aktrisa Serenay Sarıkaya
Serenay Sarıkayanın tək estetiki onun silikonlarıdır. Yayılan məlumatlara əsasən, o tez zamanda bu silikonlardan qurtulacaq. Aktrisa əməliyyat olunmaq üçün rol aldığı "Aile" serialının çəkilişlərinin bitməsini gözləyirmiş.
Aktrisa Gökçe Bahadır
Gökçe Bahadır bir zamanlar burunu əməliyyat etdirib. Bundan sonra isə dişlərini düzəltdirib. Deyilənlərə görə aktrisa hər iki əməliyyatdan da razı qalmayıb. Alnındakı və göz ətrafındakı qırışıları Gökçenin çox xoşuna gəlir. "Onları sevirəm, mənə çox yaraşır" - deyə Bahadır bildirib.
Aktrisa Neslihan Atagül
Aktrisa gözaltı torbalarını reklam qarşılığında əməliyyatla götürmək istəyən klinikalardan birinə etiraz edib. "Onları o qədər sevirəm ki, üzümə ayrı bir məna və qatırlar. Bunları aldırsam mən Neslihan olmaram" - deyə o qeyd edib. Bəzi məlumatlara görə Neslihan seriallardakı ağlama səhnələri zamanı üzünə makiyaj etdirmir.
Aktrisa Beren Saat
Beren Saata həm Türkiyə, həm də Orta Şərq ölkələrindən estetik təklifi gəlib. Aktrisa ona təklif edilən yüksək qonorarlara "Yox" cavabı verib. Beren üzünə baxım xaricində heç bir şey etdirmir. Bu günə qədər sadəcə dişlərini əməliyyat etdirib.
Aktrisa Özge Özpirinçci
Aktrisa bir dəfə "Dişlərimi sıxıram deyə çənəmə botoks etdirmişəm" deyə etiraf edib. Lakin göz ətrafı və alınına toxunmağa icazə verməyib. Özge "Belə etdirsən daha da gözəl olarsan" deyənləri isə azarlayıb.
Aktrisa Merve Dizdar
Güldüğü, ağladığı, əsəbiləşdiyi zaman üzündəki bütün mimikasını nümayiş etdirən Merve "Bir gün estetik əməliyayt etdirərsiniz" sualına belə cavab verib: "Ya bambaşqa biri olarsam? Bu fikir məni çox qorxudur. Birara qalın və səliqəsiz qaşlarıma, sonra isə dişlərimə söz atdılar. Sosial şəbəkədə mən edilən estetik basqısına qarşı sona qədər mübarizə aparacam" cavabını verib.