646f18f469887202305231444
Eşqin Aysunu gözəllik salonunda döyüb

Xəbər verdiyimiz kimi, müğənni Rəqsanənin keçmiş kürəkəni Eşqin Cəlilov həbs edilib.

Qlobal.net Qafqazinfo-ya istinadən xəbər verir ki, E.Cəlilov Rəqsanənin qızı Aysun İsmayılovaya qarşı fiziki şiddət göstərdiyi üçün barəsində şikayət olunub.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 157-ci (döymə) maddələri ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə, E.Cəlilov 30 sutka inzibati qaydada həbs edilib.

Eşqin Cəlilov dünən Aysun İsmayılovanın sahibi olduğu gözəllik salonuna gedərək keçmiş xanımını orada döyüb.

Qeyd edək ki, cütlük 2022-ci ilin iyununda ailə həyatı qurub, 2023-cü ilin mayında rəsmi şəkildə boşanıb.

25.05.2023 12:14
1346