676a60056913a202412241725

Əsgərlə rəqsi gündəm olan general kimdir? - VİDEO

Bir neçə gündür generalın əsgərlə rəqs etməsi sosial şəbəkələrdə gündəm olub.

 

Qlobal.net manset.az-a istinadla bildirir ki, əsgərin tədbirlərin birində generalla rəqs etməsi, generalın kimliyi və vəzifəsi cəmiyyətdə maraq doğurub. Əsgərlə rəqs edən şəxs Dövlət Sərhəd Xidmətinin “Qazax" Əlahiddə Sərhəd Diviziyasının komandiri, Vətən müharibəsi iştirakçısı general-mayor Misir Əliyevdir.

Qeyd edək ki, General-mayor Misir Əliyev 2023-cü ildə Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasının Komandiri vəzifəsinə təyin edilib.

Sözügedən görüntüləri təqdim edirik:


24.12.2024 11:16
show 501