6776958f677fa202501253303

Əsədi zəhərlədilər - Onu boşanıb Londona getmək istəyən həyat yoldaşı zəhərləyib - SENSASİON İDDİA

Suriyanın devrilmiş keçmiş prezidenti Bəşər Əsədi Moskvada zəhərləməyə cəhd ediblər.

Musavat.com-un məlumatına görə, bir sıra media orqanlarının ardınca “Блокнот Россия” da bu barədə xəbər yayıb.

Əsədin vəziyyətinin ağır olduğu, lakin sağ qaldığı bildirilir.

“Hələlik cinayətin siyasi olub-olmadığı, yoxsa ailədəki münaqişə ilə bağlılığı məlum deyil: arvadı boşanıb Londona getməyə çalışıb, lakin Əsəd buna qarşı çıxıb”, - məlumatda deyilir.

İndiyədək eks-prezidenti kimin öldürməyə cəhd etməsi ilə bağlı müxtəlif versiyalar irəli sürülüb: siyasi rəqiblərdən tutmuş ailə motivlərinə qədər.

Türkiyə və Britaniya mediası da “təsdiqlənməmiş” mənbələrə istinadən Suriyanın eks-prezidentini zəhərləmək cəhdindən yazır.

***

Moskvada Suriyanın devrilmiş eks-prezidenti Bəşər Əsədi zəhərləməyə cəhd ediblər.

Ajans.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb. 

Əsədin vəziyyətinin ağır olduğu, lakin sağ qaldığı bildirilir.

“Hələlik cinayətin siyasi və ya ailədəki münaqişə ilə bağlı olub-olmadığı məlum deyil. İddialara görə, Əsma Əsəd boşanıb Londona getməyə çalışıb, lakin Əsəd buna qarşı çıxıb”, - deyə məlumatda yazılıb. 

Qeyd olunur ki, onların Suriyanın keçmiş başçısını zəhərləməyə çalışdıqları zəhər hələ müəyyən edilməyib. Onun nəfəs almaqda çətinlik çəkdiyi və huşunu itirdiyi məlum olub.

İndiyədək eks-prezidenti siyasi rəqiblərdən tutmuş ailə üzvlərinə qədər kimin öldürməyə cəhd etməsi ilə bağlı müxtəlif versiyalar irəli sürülüb.

Türkiyə və Britaniya mediası da “təsdiqlənməmiş” mənbələrə istinadən Suriyanın eks-prezidentini zəhərləmək cəhdindən yazıb.

02.01.2025 16:26
show 465