6435602cd4ccb202304232708

Hesabında pensiya kapitalı olanların NƏZƏRİNƏ - Toplanan məbləği...

Pensiya yaşına çatmış şəxsin pensiya hüququna malik olması üçün ya əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya kapitalına, bu olmadıqda azı 25 il sığorta stajına malik olmalıdır.

Dünyanın bir çox ölkələrində insanlar pensiya kapitalını təqaüd yaşından çatmadan əldə edə bilirlər. Bəs görəsən ölkəmizdə bu hal qanunla mümkündürmü? Mövzu ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili Referans.az-a açıqlama verib.

“Vətəndaşlara pensiya fondunda toplanan məbləğin pensiya yaşından öncə və pensiya alma hüququ olmadığı halda verilməsi mümkün deyil”.

Hüquqşünas Cavanşir Seyidov sözügedən qaydanın bir-sıra dünya ölkələrində tətbiq olunduğunu qeyd edib.

“Qanunvericilikdə bununa bağlı hələki konkret norma yoxdur. Bir çox xarici ölkələrdə isə qanunla bu praktika mövcuddur. Bununla bağlı bizdə də müəyyən müzakirələr gedir və xaricin təcrübəsi öyrənilir”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin deputatı Məlahət İbrahimqızı hazırda parlamentdə bu mövzunun  müzakirə olunmadığını deyib.

“Hazırda Milli Məclisdə bu mövzu ilə bağlı hansısa qanun layihəsi və ya dəyişiklik müzakirə olunmur. Pensiyalarla bağlı bir-neçə məsələ müzakirə edilir ancaq bu məsələ hazırda gündəmdə deyil”.

11.04.2023 17:45
show 356