Son bir ildə, xüsusilə 3 ayda ərzaq məhsullarının qiyməti kəskin artıb.
Dövlət Statistika Komitəsinin son açıqladığı məlumata görə, alıcılar ötən ilin fevral ayında aldıqları eyni məhsul qrupunu bu il almaq üçün 17,2 faiz daha artıq pul
Deyirlər ki, firmalar daşıma xərcləri və xammal qıtlığını əsas gətirərək malları daha baha təklif edirlər. Mağazalar isə malı əsasən aldıqları qiymətdən 10-15 % baha satırlar.
İqtisadçı-ekspert Xalid Kərimli “Xəzər Xəbər”ə deyib ki, qiymət artımının əsas səbəbləri pandemiya, logistika xərclərinin artması, xammal qıtlığının yaranmasıdır. Üstəlik, dünyada ciddi ərzaq qıtlığının yarana biləcəyi qorxusu da var. Baş verən inflyasiyanın bu ildən azalacağı gözlənsə də, Rusiya-Ukrayna müharibəsi vəziyyəti dəyişdi.
Ekspertin fikrincə, Rusiya-Ukrayna müharibəsi və onun arealının genişlənə biləcəyi ehtimalı inflyasiyanın bu il aşağı düşmə şərtlərini xeyli çətinləşdirir. Bu isə o deməkdir ki, qiymət artımı bundan sonra da davam edə bilər.
Daha ətraflı süjetdə: