photo_38031504

Ermənistanın bəzi yaşayış məntəqələrindən əhali təxliyə olunur - FOTO

Ermənistanın Azərbaycanla sərhəddə yerləşən bir neçə yaşayış məntəqəsinin sakinləri evlərini tərk etməyə başlayıblar.

Qlobal.net oxu.az-a istinadən bildirir ki, xüsusən də ölkənin cənubunda, Qafan şəhəri yaxınlığındakı erməni kəndlərinin əhalisinin köçürülməsinə başlanılıb.

Həmçinin, Cermuk şəhərində elektrik enerjisinin kəsildiyi, şəhərə girişin məhdudlaşdırıldığı qeyd olunur.


13.09.2022 08:35
show 324