Ermənistanın Tavuş rayonunun Kirants (Güney) kənd sakini Qohar Vardanyan öz Facebook səhifəsində sərhəddən çəkilmiş foto yayımlayıb.
Musavat.com “NEWS.am”a istinadən xəbər verir ki, fotoda yeni salınmış yolda piyada keçidi əks olunub.
Şəkildən də göründüyü kimi, keçidin qarşı tərəfində Azərbaycan var.
“Kirants. Uşaqlar üçün Azərbaycana keçid. Divarın o biri tərəfində Azərbaycandır”, - deyə kənd sakini fotoya şərh verib.