643ae20c1a9c1202304234236
Ermənistanda qızıl medal alan atlet qələbəsini Azərbaycana həsr etdi - VİDEO

İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatda türkiyəli altel Cansu Bektaş 45 kq-da fəxri kürsüyə qalxıb. O, birdən qaldırmada 72 kiloqramın öhdəsindən gələrək qızıl medal qazanıb.

İdmançı medalını azərbaycanlı həmkarlarına həsr etdiyini, onları dəstəklədiyini bildirib.

Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu idmançını bu uğuru münasibətilə təbrik edib.

15.04.2023 21:42
870