həbsxana

Ermənistanda həbsxanada məhbus dilini kəsdi, digəri ülgüclə əllərini doğradı

Armavir cəzaçəkmə müəssisəsində görünməmiş fövqəladə hadisə baş verib.

Lent.az-ın Ermənistan mətbuatına istinadla məlumatına görə, bir məhbus karantin kamerasında dilini kəsib. Onu bu addımı atmağa nə vadar etdiyi məlum deyil.

Bunun onun barəsində açılmış cinayət işi ilə bağlı olub-olmaması, yoxsa digər problemlərlə bağlı olduğu yaxın vaxtlarda məlum olacaq.

***

Məhkumlar üçün xəstəxanada isə 35 yaşlı məhbus əllərini ülgüclə kəsib.

O, hüquq-mühafizə orqanlarının əməkdaşlarına dözülməz ağrıları olduğunu və ölməyi üstün tutduğunu, buna görə də intihara cəhd etdiyini bildirib.

07.01.2025 14:00
show 215