02.07.2021
11:32
177

Ermənistanda 7 nəfər qara yara xəstəliyinə yoluxdu

Loading...

Ermənistanın Gümrü şəhər yolxucu xəstəliklər hospitalına sibir yarası simptomu ilə 7 nəfər yerləşdirilib.

Bunu Şirak vilayətinin Anin rayonunun İsaakyan kəndinin icra nümayəndəsi Artavazd Arsenyan bildirib.

Onun sözlərinə görə, kənddə 6 iri buynuzlu və 1 xırdabuynuzlu heyvanda sibir yarası (qara yara) simptomları aşkarlanıb.

A.Arsenyan bildirib ki, kəndin 7 sakini hospitala yerləşdirilib: “Bu gün yeni hadisə qeydə alınmayıb”.

Qara yara simptomu ilə hospitala yerləşdirilənlər heyvan otarıb, qəssablıqla məşğul olublar.

Loading...