“Xəritələri yenidən çəkmək istəyən ölkələrə aydın mesaj göndərmək istəyirəm, revizionist siyasətiniz uğursuz olacaq”.
Qlobal.net konkret.az-a istinadən xəbər verir ki, Yunanıstanın xarici işlər naziri Nikos Dendias Ermənistana səfər edib. Nikos Dendias erməni həmkarı Ararat Mirzoyanla görüşüb.
O, Azərbaycan-Ermənistan münaqişəsində İrəvanı dəstəkləyib.
“Mən xəritələri yenidən çəkmək istəyən ölkələrə aydın mesaj göndərmək istəyirəm. Mesajım budur ki, revizionist siyasət uğursuz olacaq”, – Dendias deyib.
Dendias bu bəyanatı ilə Azərbaycana meydan oxuyub və Ermənistana dəstək mesajı verib.
O, İrəvana səfəri zamanı Ermənistanın xarici işlər naziri A.Mirzoyan və XİN S.Papikyanın iştirakı ilə Ermənistanın Baş naziri Nikol Paşinyanla da görüşüb.
Dendias sosial mediada verdiyi açıqlamada “Yunanıstanın Ermənistanla tam həmrəy olduğunu vurğuladım”, - deyib.