"Ermənistan Qarabağdakı erməniləri kütləvi zəhərləmək istəyir..." - TƏXRİBAT HAZIRLANIR
"Ermənistandan gələn TIR-lardakı ərzaq Qarabağda yaşayan ermənilərin kütləvi zəhərlənməsi üçün nəzərdə tutulub". Qlobal.net xəbər verir ki, bu sözləri millət vəkili
Fazil Mustafa "Facebook" hesabında paylaşıb.
O,
bildirib ki, bu fakt baş verdikdən sonra ermənilər növbəti təxribatı
gerçəkləşdirib Ümimdünya Səhiyyə təşkilatını bölgəyə çağıracaqlar: "Böyük
ehtimalla bu maşınlara yığılanların hamısı vaxtı keçmiş ərzaq
məhsullardır. Birinci növbədə məsələ suverenliyimizlə bağlıdır. İkinci
halda isə Azərbaycan dövləti heç vaxt razı ola bilməz ki, onun
ərazisində məskunlaşan insanların, hətta erməni millətinə mənsub
olsalar belə, sağlamlıqları təhlükəyə girsin. Yenə də o düşüncədəyəm ki,
Zəngilandan erməni sərhəddinə bizim TIR-lar düzülüş etməlidir.
"Naxçıvana humanitar yardım üçün yol verin!" tələbini
aktuallaşdırmalıyıq".