hucum
30.09.2022
09:41
886

Ermənistan ordusu hücum edəcək – Rəsmən elan edildi

Ermənistan Azərbaycan Ordusunu sərhəddə əvvəlki mövqelərə qaytarmaq üçün hücuma hazırlaşır.

Bunu Ermənistan Baş Qərargah rəisinin müavini, general-mayor Arakel Martikyan jurnalistlərin “hansı cavab addımları atılacaq” sualını cavablandırarkən, rəsmi şəkildə açıqlayıb. “Əraziləri bərpa etmək üçün əmr almışıq, əmri yerinə yetirmək borcumuzdur” deyib.

Bu açıqlamanın məqsədlərindən birinin də daxili ictimai rəyi sakitləşdirmək olduğu bəllidir, amma hücum edəcəkləri şübhəsizdir. Və bunu gizlətmirlər.

Asif Nərimanlı