27.05.2021
10:44
71

Ermənistan MN altı erməni terroçunun zərərsizləşdirildiyini təsdiqlədi

Loading...

Ermənistan Müdafiə Nazirliyi altı erməni diversant-terrorçunun zərərsizləşdirilməsi faktını təsdiqləyib.

Qurum mayın 27-si səhər saatlarında sərhədyanı bölgədə erməni hərbçilərin guya “mühəndis işləri” apararkən saxlandığını bildirib.

Qeyd edək ki, mayın 27-si gecə saatlarında Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində təxribat törətməyə çalışarkən Azərbaycan Ordusu tərəfindən altı erməni terrorçusu ələ keçirilib.

Loading...