26.03.2021
09:16
1534

Ermənilərin Qarabağda HİYLƏGƏR PLANI - Görün hansı yola əl atırlar

Loading...

Ermənilərin Qarabağa köçürülməsi prosesi başa çatıb. Rusiya sülhməramlı kontingentinin dəstəyi ilə 14 noyabr 2020-ci ildən başlayan köçürülmə nəticəsində 52.700 erməni geri qayıdıb. Artıq uzun müddətdir ki, rus sülhməramlı kontingenti gündəlik xəbər bülletenində ermənilərin Qarabağa qaytarılması barədə heç bir məlumat vermir və say da bununla kifayətlənib.

Bakupost.az xəbər verir ki, buna baxmayaraq, Ermənistan guya 25-30 min Qarabağ ermənisinin hələ də İrəvanda və ətraf ərazilərdə yaşadığı haqqında bu gün məlumat yayıb.

Ermənistan bütün vasitələrdən istifadə edərək, Qarabağa daha çox erməni köçürməyə və burda məskunlaşanların sayını heç olmasa 100 minə çatdırmağa çalışır. Bunun üçün hazırlanan “təşviq proqramı”nda aşağıdakılar nəzərdə tutulur:

1. Ermənistanın sosial müdafiə və əmək naziri Mesrop Arakelyan bu gün mediaya verdiyi açıqlamada Ermənistanda olan qarabağlı ermənilərin ayda “qaçqın kimi” 30 min dram (60 dollar) yardım aldığını və bu proqramın bu ilin ikinci rübündə də davam edəcəyini bildirib.

“Proqram” Qarabağa geri qayıdanlar üçün daha artıq dəstək vəd edir. Belə ki, Qarabağa qayıdan erməni qaçqın statusundan məhrum edilməli olduğu halda Ermənistan hakimiyyəti bunu etmir, əksinə, Azərbaycanın rus sülhməramlılarının nəzarəti altında olan ərazilərində məskunlaşan hər bir erməniyə Ermənistanda qalanlardan daha çox – 68 min dram (130 dollar, minimum əmək haqqı qədər) pul ödənilir.

2. Evi müəyyən qədər zərər görənlərin evləri təmir edilir, həmçinin bu şəxslərin hər biri 45 min dram (90 dollar) vəsait alır.

3. İşğaldan azad edilən ərazilərdə son 30 ildə məskunlaşan ermənilər üçün də Qarabağın rus sülhməramlılarının nəzarəti altında olan hissəsində ev tikintisi aparılır. Onların hər biri əlavə olaraq 600 dollar dövlət yardımı alır, üstəlik, yaşamaq üçün hər cür şəraitin yaradılması vədi verilir.

4. Qarabağa qayıdanlar üçün uzunmüddətli məşğulluq proqramı tətbiq edilir.

5. Rus sülhməramlıları da Qarabağa qayıdan və yaxud son 30 ildə qanunsuz olaraq məskunlaşan ermənilər üçün yaşayış yerinin tikilməsi, məktəblərin təmirindən tutmuş humanitar yardıma qədər, bütün dəstəyi göstərir.

6. Rusiya Qarabağa qayıdan hər bir erməni üçün həftədə 5 kq pulsuz qida məmulatı verir.

7. Rusiya sülhməramlıları qurduqları modul tipli xəstəxanalarda ermənilərə pulsuz tibbi yardım göstərir. Hətta onların ağır əməliyyatları da Rusiya dövləti hesabına aparılır.

Loading...