12 sentyabr axşam saatlarında Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdiyi təxribata cavab olaraq Azərbaycan Ordusunun əks-zərbələri nəticəsində ölən erməni əsgərlərinin sayı ilə bağlı yeni rəqəm səsləndirilib.
Qlobal.net axar.az-a istinadən bildirir ki, bu barədə "Qovorit Yerevan" erməni kanalı məlumat yayıb.
"Müxtəlif mənbələrdən məlumatlar alırıq. Qeyri-rəsmi mənbələrin məlumatına inansaq, Ermənistanın itkisi 400 nəfərə çatır. Rəsmi açıqlamanı gözləyək", - məlumatda qeyd edilib.Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün səhər parlamentdə çıxışı zamanı 49 erməni əsgərin öldüyünün təsdiqləndiyini, ancaq bu rəqəmin son olmadığını bildirmişdi. İndiyə qədər Ermənistan MN itkilərinin son sayını açıqlamayıb.