01.02.2021
09:00
0

Ermənilərdən DAHA BİR VƏHŞİLİK: Ağdamda tələ...

Loading...

Bu gün bir qazimizi ziyarətə getmişdik. Onun danışdıqlarından ermənilərin nə qədər alçaq, xain və hiyləgər düşmən olduğunu bir daha anladım.

Axar.az xəbər verir ki, bu sözləri tanınmış hüquqşünas Fərhad Mehdiyev qeyd edib.

O bildirib ki, ermənilər 10 noyabr bəyanatına uyğun olaraq Ağdam rayonunu boşaldanda səngəri minalayıblar:

“Vüqar Ayaz oğlu İbrahimov səfərbərliklə müharibəyə qatılmışdı, Ağdam cəbhəsində qulluq edirdi, orda da mövqe döyüşləri baş tuturdu.

Ermənilər Ağdamı boşaldanda bir səngərə 35 ədəd NPM minası döşəyib. Əsgərlərimiz əraziyə daxil olanda əvvəlcə Vüqar minaya düşüb. Tərpənmək istəyəndə digər ayağı da düşüb. Onu həmin səngərdən çıxarmaq istəyən hər iki dostu da minaya düşüb. Vüqar ayaqlarını itirib. Əsgər dostlarının ayaqları qopmasa da, sümükləri qırıq-qırıqdır. Bir yerdə döyüşdülər, bir yerdə yaralandılar, bir-birini atmadılar”.

Fərhad Mehdiyev qeyd edib ki, vəhşi düşmən bu terrorçu əməlini müharibə bitdikdən sonra həyata keçirib

Loading...