634c087f7b6bb202210223455
Ermənilərdən azərbaycanlılara qarşı daha bir vandallıq: Xankəndində... - VİDEO
Erməni vandallığının daha bir görüntüləri yayılıb.
Qaynarinfo xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan kadrlarda bədnam qonşularımızın azərbaycanlılara məxsus məzar daşlarını yük avtomobilinin köməyilə dağıtmaları əks olunub.
Təqdim etdiyimiz video Xankəndi yaxınlığındakı Azərbaycan yaşayış məntəqələrinin birinin qəbiristanlığında çəkilib. Qəbirləri dağıdan avtomobilin nömrəsi də açıq görünür - 25 XA 843.
Məlumata görə, dağıdılan qəbirlər Xankəndi yaxınlığında, Rusiya sülhməramlılarının məsuliyyəti zonasında yerləşir.
16.10.2022 17:33
show 416