photo_82998524
Ermənilər yenidən HÜCUMA KEÇDİ - ŞİDDƏTLİ DÖYÜŞLƏR GEDİR

Ermənistan silahlı qüvvələri atəşkəs barədə əldə olunmuş razılaşmanı yenə də pozaraq sentyabrın 13-dən 14-nə keçən gecə və bu gün səhər saatlarında Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələrimizi müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəşə tutur.

Qlobal.net xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

"Bu istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülür. Hazırda mövqelərimiz fasilələrlə atəşə tutulur. Bölmələrimiz tərəfindən zəruri cavab tədbirləri görülür", - məlumatda qeyd edilib.

14.09.2022 11:10
show 283