637f2ca69eecc202211223446

Ermənilər Xankəndidə Azərbaycana qarşı YENİ TƏXRİBAT HAZIRLIĞINA BAŞLADILAR

"Son günlər ermənilər mövqelərimizi daha intensiv şəkildə atəşə tutmağa başlayıb. Hətta dünən erməni qanunsuz silahlı birləşmələri Şuşa ətrafındakı mövqelərimiz istiqamətində də hərbi təxribat törətdilər".

Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert Heydər Mirzə deyib.

O bildirib ki, Ermənistan Azərbaycana qarşı yeni təxribatlar hazırlayır: "Hətta artıq söz-söhbət yayılıb ki, Ermənistanın keçmiş Xarici işlər naziri Vardan Oskanyan ola bilsin ki, separatçı rejimdə (Xankəndidə) eyni "vəzifəni" tutsun. Amma bu xəbər yeni olduğu qədər, eyni zamanda hələ təsdiqini tapmayıb. Bu hadisələr fonunda deyə bilərəm ki, təkcə Azərbaycanla sərhəddə təxribatlar törədilmir, bundan başqa da nələrsə baş verir. Ermənilər belə görünür ki, KTMT sammiti ərəfəsində diplomatik müstəvidə də hansısa proseslərə start veriblər. 

Amma məsələyə elə bir zamanda münasibət bildirirəm ki, V. Oskanyanla bağlı məsələlər tam olaraq təsdiqini tapmayıb, bu istiqamətdə bir çox söz-söhbətlər hələ rəsmi deyil. Bu xəbərin özü də təxribat məqsədi daşıyır.

Demək ki, informasiya istiqamətində də ermənilər Azərbaycanın mövqelərini təxribata çəkmək planı hazırlayıb. İndi bizə proseslərin hansı məcraya yönələcəyini izləmək qalır, indiki məqamda əlimizdən ancaq bu gəlir".

Qeyd edək ki, Xankəndindəki Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında separatçılar növbəti təxribat qərarını elan etməyə hazırlaşır. İddialara əsasən separatçıların yeni "xarici işlər naziri" Ermənistan Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri, Köçəryanın köməkçilərindən biri Vardan Oskanyan olacaq.

24.11.2022 12:34
show 379