Ermənilər Qarabağa belə qayıdacaq: Evləri və əmlakı... - Açıqlama
Azərbaycan artıq Qarabağ daxil, bütün ərazi
üzərində suverenliyini tam təmin edib. Bunu təmin edən bir çox şərtlər
artıq yetişmişdi. Qarşı tərəf, yəni Ermənistan burada özü üçün müəyyən
"şərtlər" qoymuşdu. Bundan da irəli gələrək Ermənistan proseslərlə bağlı
güzəştli həlli qəbul etmirdi. Erməni əhalisinin maraqlarını nəzərə alan
təkliflərdən belə Ermənistan hakimiyyəti imtina edirdi.Bunu teleqraf-a politoloq Zərdüşt Əlizadə deyib.
O qeyd edib ki, Azərbaycan Ermənistandan ərazisində saxladığı silahlıları çıxartmağı tələb edirdi: "Çünki
belə olan halda Qarabağda yenidən hər hansı hərbi əməliyyatlar
olmayacaqdı. Oradakı qanunsuz silahlılar ərazidən çıxdıqdan sonra
danışıqlar başlayacaqdı. Bunun nəticəsində orada yaşamaq istəyində olan
ermənilər üçün də təkliflər gündəmə gələcəkdi. Amma bunların heç biri
baş vermədi. Ermənistan bütün bunlara qarşı çıxdı və nəticə göz
önündədir".
Politoloq hesab edir ki, ermənilər bir günlük antiterror tədbirlərindən sonra reallığın tamam başqa cür olduğunu anladı: "Bunun
ardınca Erəmistandan Qarabağda yaşayan ermənilərə əmr verildi ki,
ərazini tərk edin. Əslində bu amil erməni tərəfinin mədəni siyasətin nə
olduğunu anlamadığını göstərən faktdır".
Zərdüşt Əlizadə Azərbaycanın suveren ərazisində özünün Konstitusiya hüquqlarını təmin etdiyini söyləyib: "Bu
gün Xankəndidə və digər ərazilərdə inzibatı orqanlar yerləşib. Xankəndi
həmişə Azərbaycanın olub. Sadəcə olaraq Xankəndiyə qarşı erməni
iddiaları olub, Azərbaycan isə bunları rədd edib. Vaxtilə Xankəndidə
Azərbaycan SSR-nin bayrağı dalğalanırdı. Buradan müəyyən təlaşla çıxmış
ermənilər də zaman etibarı ilə geri qayıdacaq. Çıxıb getmiş emrənilərin
buradakı əmlakı qorunur. Zaman getdikcə, ermənilər hissə-hissə geri
qayıdacaq. Kimsə gəlib burada evini satıb gedə də bilər. Amma qalanlar
çox olacaq".