25.03.2021
00:28
768

Ermənilər II Qarabağ müharibəsi ilə bağlı SENSASİON MƏLUMAT AÇIQLADI - Ən azı 1000 nəfər...

Loading...

II Qarabağ müharibəsində Ermənistanın 1 000 hərbi qulluqçusu müxtəlif əlillik dərəcəsi alıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin əmək və sosial müdafiə naziri Mesrop Arakelyan parlamentdəki çıxışında bildirib.

Nazirin sözlərinə görə, müharibənin gedişatında yaralanan hərbi qulluqçular hazırda tibbi-sosial ekspertizanın sonuncu mərhələsini keçirlər. O, qeyd edib ki, ağır yaralanan təxminən 500 hərbçiyə 1 və 2-ci əlillik dərəcəsi verilib. Onlardan təxminən 150-si 1-ci dərəcəli əlildir.

Müharibə zamanı daha 500 nəfər yüngül xəsarətlər alıb və onlar 3-cü dərəcəli əlil sayılırlar.

"Ümumilikdə 1 000 vətəndaşa müxtəlif əlillik dərəcəsi verilib", - Mesrop Arakelyan deyib.

Loading...