photo_70402551
Ermənilər hərrac yolu ilə Qarabağ torpağı alır - FOTO

Ermənistanda Qarabağdan götürülən torpaq hərraca çıxarılır.

Qlobal.net musavat.com-a istinadla xəbər verir ki, bu barədə Telegram kanallarında məlumat yayılıb.

Qeyd olunur ki, qablaşdırılan torpağın qiyməti 3000 erməni dramıdır ki, bu da təxminən 12 Azərbaycan manatına bərabərdir.

Xatırladaq ki, bir neçə gün öncə Ermənistan parlamentinin keçmiş deputatı Naira Zöhrabyan da Facebook səhifəsində bu haqda yazmışdı: “Qarabağdan bir ovuc torpaq almaq olar. Şuşadan, Hadrutdan, Zabuhdan, Laçından torpaq axtarırdım, tapmadım”,- deyə N.Zöhrabyan yazıb.


12.08.2022 17:11
320