643e8def79ea8202304233247

Ermənilər Bakıdan VİDEO paylaşdı: "Biz buradayıq"

Erməni Teleqram kanallarında Bakıda çəkildiyi bildirilən video paylaşılıb.

Qlobal.net axar.az-a istinadən bildirir ki, videoda Şəhidlər Xiyabanında olan bir qadın telefonunda Ermənistanın gerbini göstərir, digər kamera ilə isə ətraf ərazi görüntülənir.

Videonun montaj olub olmadığı bilinməsə də, ermənilər bu görüntünü "Biz burdayıq" sözləri ilə tirajlayıb.

Qeyd edək ki, 4 iyun 2022-ci ildə də 15 yaşlı şərti adı Fidan olan qız uşağı ADNSU-nin qarşısında video çəkmişdi. O, DTX tərəfindən yaxalanmışdı.


18.04.2023 16:30
show 1371