02.06.2021
08:55
58

Ermənilər arasında kütləvi dava atışma ilə nəticələndi, xəsarət alan var

Loading...

Ermənistanın Armavir əyalətində bir qrup şəxs arasında kütləvi dava olub.

Bu barədə Ermənistan mediasına istinadən xəbər verir.

Məlumata görə, qarşıdurma atışma ilə nəticələnib. Atışma nəticəsində 1 nəfər xəsarət alıb.

Faktla bağlı İstintaq Komitəsində Cinayət Məcəlləsinin xuliqanlıq, qanunsuz silah əldə etmə, saxlama və daşıma maddələri üzrə cinayət işi qaldırılıb.

Qeyd edilir ki, hadisənin başvermə şəraiti müəyyənləşdirilib, məhkəmə-tibb ekspertizası müəyyən olunub və bir neçə nəfər dindirilib.

Loading...