Qlobal.net-ə bununla bağlı Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.Bundan başqa, noyabrın 27-si saat 11:30-dan 16:20-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam, Xocavənd və Tərtər rayonları istiqamətlərində yerləşən mövqeləri də yenidən atəşə tutulub.
Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.