Erməni terrorçular Xocalıda rus sülhmramlılarının gözü önündə
səngər qazır: Azərbaycan ordusunun xəbərdarlıq atəşi açmasından sonra
əraziyə sülhməramlılar gəlsə də, iş dayandırılmayıb, rusların müşaiyəti
ilə gecə saatlarına qədər qazıntı işləri aparılıb;
İrəvanın “erməni qoşunları Qarabağdan çıxarılır” açıqlaması fonunda baş verən bu hadisə o deməkdir ki:
- erməni qoşunların bir neçə birliyi bölgədən çıxarılsa belə, əsas qüvvələri saxlamağa çalışacaqlar;
- separatçılar “müdafiə xəttini” gücləndirməyə hazırlaşırlar;
- ruslar separatçı-terrorçu rejimin mövcudluğunu qorumaq üçün onların "müqavimət fəaliyyətinin" güclənməsinə şərait yaradır;
Prosesin qarşısını önləmək və vəziyyətə nəzarəti ələ almaq üçün erməni
terrorçuların yeni səngərinin havaya uçurulmasından başqa yol yoxdur.
Qlobal.net “yenipress”ə istinadən səngər qazan erməni terrorçuların videosunu təqdim edir.