650aad4aea66f202309232858
Erməni silahlı birləşmələri səngərlərdən qaçır - VİDEO

Azərbaycanın keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən qorxuya düşən Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti səngərlərdən qaçmağa başlayıb.

Qlobal.net xəbər verir ki, bu barədə görüntülər Müdafiə Nazirliyinin yaydığı kadrlarda əks olunub.

Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Həmin görüntüləri təqdim edirik:


20.09.2023 12:27
show 475