Maraqlı

Erməni qadınlar niyə Sabirin kitabı üçün maddi yardım etmişdilər?

30 may 1862-ci ildə Azərbaycanın Şirvan bölgəsinə daxil olan Şamaxı şəhərində anadan olan Sabirin əsl adı Ələkbər Tahirzadədir. “Sabir” sözü “səbr edən” mənasını verir, “Mirzə” isə oxuyub-yazmağı bacaran, təhsil almış şəxslərə hörmət və ehtiram məqsədilə istifadə olunan müraciət formasıdır. Mirzə Ələkbər Sabirin valideynləri Hacı Məşədi Zeynalabdin və Səltənət xanımdır.

Qlobal.net bildirir ki, Mirzə Ələkbər Sabir öləndən sonra Abbas Səhhət istəyir ki, onun şeirlərindən ibarət kitab çap etdirsin, çünki Sabirin sağlığında kitabı çap olunmamışdı.

O, qəzetlərdə elan verir ki, yardım edin, Sabirin kitabını çap etdirək. Cəmi 26 rubl pul yığılır. Onun 5 rublunu Nəcəf bəy Vəzirovun qızı göndərir, qalanını da Sabirin şagirdləri. Həmin ilin yayında qadınları Dilicanda istirahət edirlərmiş. Erməni qadınlar qərara gəlirlər ki, yardım etsinlər. Çünki Sabirin “Qorxuram” adlı şeirindəki “harda müsəlman görürəm qorxuram” misrası onların çox xoşuna gəlirdi… Beləcə, Sabirin “Hop-Hopnamə” adlı ilk kitabı çap olunur və üstəlik kitabın ilk nəşrinin ön sözündə də, kitabın kimlərin puluyla çap olunduğu qeyd olunur.

Fotoda Abbas Səhhət şagirdləri ilə Sabirin məzarı başında.

Related Articles

Bir cavab yazın

Back to top button