səbinə

Erməni milyarderlə toyu baş tutmayan Səbinə Əhmədova yeni sevgilisi ilə – VİDEO/FOTO

Azərbaycan mənşəli rusiyalı aktrisa Səbinə Əhmədovanın Moskva Mədəniyyət İdarəsinin keçmiş rəhbəri Sergey Kapkovla münasibətdə olduğu iddia edilib.

Qlobal.net axşam.az-a istinadən xəbər verir ki, 42 yaşlı aktrisa 48 yaşlı Kaplovla Moskvada baş tutan “Böyük ildırım: Oyun” filminin premyerasına qatılıb. Cütlük filmin sonunu gözləmədən qol-qola oradan ayrılıb. İkili “super.ru”nun obyektivinə tuş gəlib.

Qeyd edək ki, Səbinə Gülbala qızı Əhmədova 1981-ci ildə Bakıda anadan olub. Atası yarı yəhudi, yarı azərbaycanlıdır. Anası ermənidir.

O, 2017-ci ildə erməni milyarder, “Rosqostrax” şirkətlər qrupunun prezidenti, Danil Xaçaturova ərə getməyə hazırlaşsa da, toy baş tutmayıb. Həmin vaxt Xaçaturovun sərvəti “Forbes”in hesablamalarında 2 milyard dollara yaxın idi.

Kaplov isə iki dəfə evli olub, 3 övladı var.

02.06.2024 09:40
show 488