Azərbaycanın Qarabağ bölgəsinin erməni əsilli sakini könüllü olaraq yaşadığı Xankəndini tərk edib Ermənistana gedərkən yol üstü azərbaycanlı jurnalistə müsahibə verib.
O, müsahibəsində işğalçılara lənət oxuyub və vaxtı ilə Bakıda yaşadığını, azərbaycanlılarla dostluq etdiyini deyib.
"İki xalqı düşmən edənlərin beli qırılsın. O, elə edib ki, iki xalq belə olub. Mən Xankəndidə, Bakıda yaşamışam, təhsil almışam. Xeyli azərbaycanlı ilə dostluq münasibətim olub. Hər millətin nümayəndəsi ilə duz-çörək kəsmişəm. Allah etsin yaxşı olsun, müharibə olmasın. Xankəndidə evim, ağaclarım qalıb. Bu gün Xankəndidən çıxarkən azərbaycanlılar mənim xətrimə dəyməyib".
AzVision.az həmin yaşlı erməninin 18 gün əvvəl erməni mediasına verdiyi müsahibəni əldə edib. Onun erməni KİV-inə danışdıqları həmyerlimiz olan jurnalistə verdiyi müsahibənin tam əksidir. Olduğu kimi təqdim edirik: "Biz qarabağlılar(Qarabağın erməni sakinlərini nəzərdə tutur) səbirliyik, cəsuruq. Biz daha çətin günləri görmüşük. Dözməliyik və müqavimət göstərməliyik. Cəsur qarabağlıları xatırlayın. Bizim babalarımız necə çətin günlərdən keçiblər. Onlar da bizim kimi olub. Bizim əcdadlarımızın yaşayışı bizimkinə bənzəyib. Onlar qalib gəliblər və biz də qalib gələcəyik".
Bəli, eyni adamın verdiyi bu iki müsahibənin arasında cəmi 18 gün fərq var. Görünür, ermənilər üçün ağızdan çıxan sözün ağırlığını daşımaq kimi bir dəyər anlayışı yoxdur. Şərtlər dəyişərsə, erməni də ona uyğun simasını, daha doğrusu simasızlığını dəyişə bilər. 30 il əvvəl də belə idilər, indi də. 30 il sonra da heç nə dəyişməyəcək.