660060d9e509f202403242025
Erməni arvadı ilə birlikdə Krokus terrorunda həlak olan azərbaycanlı kimdir?
"Crocus City Hall” terrorunda öldürülənlər arasında Rusiyada yaşayan azərbaycanlı Vüqar Hüseynov və onun erməni əsilli həyat yoldaşı Lilit İsraelyan da var.
Qlobal.net Musavat.com-a istinadən xəbər verir ki, ilk olaraq ölənlər sırasında V.Hüseynovun adı çıxıb, L.İsraelyan itkin kimi qeydə alınıb.
Lakin bu gün meyitlərin tanınması zamanı L.İsraelyanın da öldürüldüyü məlum olub. Lilitin dostlarının yazdığına görə, ər-arvad çoxdan "Piknik” qrupunun konsertinə getməyi arzulayırmışlar. Konsertə gedən zaman yaşyarımlıq övladlarını nənə-babanın yanında qoyublar.
Crocus City Hall-da terror aktı ilə bağlı ilk məlumatlardan sonra onların hər ikisi telefon zənglərinə cavab verməyib.
Lilit və Vüqar Vnukovo hava limanında işləyirdilər. 
24.03.2024 21:19
show 2286