Sevgilisindən hamilə qalan evli qadın uşağa ərinin soyadını alıb.
Qlobal.net xəbər verir ki , qeyri-adi hadisə Türkiyədə yaşanıb.
Boşanma ərəfəsində evdən ayrılıb, sevgilisi ilə birgə yaşamağa başlayan 26 yaşlı qadın doğumdan sonra boşandığı üçün anadan olan uşağını evli olduğu adamın nüfusuna keçirib. Gənc qadının ailəsi üzərində aparılan sosial araşdırma nəticəsində körpənin bioloji atasının Serhat Ö olduğu müəyyənləşib. Qeydiyyatın onun keçmiş əri Dursun F.-nin adına aparıldığı müəyyən edilib. Vəziyyətlə bağlı prokurorluğa məlumat verilib. Qadın isə ifadəsində belə bildirib: "Qızım vaxtından əvvəl doğulanda onu inkubatora saldılar. Bir müddət sonra xəstəxanadan dedilər ki, onun inkubatorda qalması üçün pul ödəməliyik, şəxsiyyət vəsiqəsi almalıyıq. Atası ilə birlikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinə getdik. Şəxsiyyət vəsiqəsində atası Dursun F. kimi qeyd edilib. Mən boşandım, amma məhkəmənin təyin etdiyi analıq müddəti bitməmişdi. Bu barədə mənə heç kim xəbərdarlıq etməyib".
Prokurorluq “Uşaq soyunun dəyişdirilməsi” cinayətinə görə bütün tərəflərin 3 ilə qədər həbs edilməsini istəyib. (yenisabah.az)